Əməkdar artist koronavirusdan vəfat etdi
16.11.2021 419 0.0 0

Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

Qazeta.info Axşam.az-ın məlumatına əsasən bildirirr ki, aktyor 86 yaşında dünyasını dəyişib. Bu barədə aparıcı Ayşə İsazadə feysbukda məlumat verib.

O bildirib ki, aktyor koronavirusdan vəfat edib.

Qeyd edək ki, M.Hacıbəyov 1935-ci il, oktyabrın 5-də dünyaya gəlib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Allah rəhmət eləsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar